Ana Sayfa > Manşet / Karusel / Gündəm > Prezidentin ad günündən 

Prezidentin ad günündən 


25-12-2018, 10:23. Yazar: Admin

Dünən prezident İlham Əliyevin doğum günü idi. Dövlət başçısının 57 yaşı tamam oldu.

"Qarabaginfo"nun məlumatına görə, prezidentin böyük qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva öz İnstagram səhifəsində atasının ad günündən çəkilən fotoları paylaşıb.

O, təbriklərə görə hamıya təşəkkür edib: “Qoy Tanrı bütün ataları, eləcə də mənim atamı, dünyanın ən yaxşı Prezidenti olan bizim Prezidentimizi qorusun!”.

Qeyd edək ki, ölkə başçısı hər il olduğu kimi bu il də doğum gününü sadə şəkildə, yalnız ailə üzvlərinin iştirakı ilə keçirib.

 


Geri dön