Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Bakıda külək ağacı avtomobilin üzərinə aşırıb
Ana Sayfa > Manşet / Karusel / Gündəm > Bakıda külək ağacı avtomobilin üzərinə aşırıb

Bakıda külək ağacı avtomobilin üzərinə aşırıb


11-11-2021, 10:31. Yazar: Admin

 

Bakıda külək ağacı avtomobilin üzərinə aşırıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə güclü külək səbəbindən Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsindəki ağacın avtomobilin üzərinə aşması barədə məlumat daxil olub.

Nazirlikdən Qarabaginfo.az-a verilən məlumata görə, dərhal hadisə yerinə Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, hündürlüyü təqribən 20 metr olan şam ağacı güclü küləyin təsirindən aşaraq yolun kənarında dayanan “Mercedes” markalı minik avtomobilinin üzərinə düşüb və küçədə nəqliyyatın hərəkətində məhdudiyyətin yaranmasına səbəb olub.

Xilasedicilər xüsusi alət və avadanlıqlardan istifadə etməklə aşmış ağacın ərazidən kənarlaşdırılması və küçədə nəqliyyatın hərəkətinin bərpasını təmin ediblər.


Geri dön