Ana Sayfa > Manşet / Karusel > Əflatun Amaşov: “İnternet medianın dövlətdən maliyyələşməsi üçün məsləhətləşmələr aparılır”
Əflatun Amaşov: “İnternet medianın dövlətdən maliyyələşməsi üçün məsləhətləşmələr aparılır”3-10-2017, 18:23. Yazar: Admin |
“İnternet medianın dövlət tərəfindən maliyyələşməsi vacibdir. Saytlar da klassik Kütləvi İnformasiya Vasiələri (KİV) kimi dövlət tərəfindən maliyyələşməlidir. Çünki hüquqi baxımdan internet üzərindən yayımlanan xəbər portalları da Kütləvi İnformasiya Vasiələri hesab olunurlar. Eyni zamanda, praktiki baxımdan ictimai fikir formalaşdırmaq missiyası xəbər portallarının üzərinə düşür. Beynəlxaql təcrübə də onun göstərir ki, ictimai fikir daha çox xəbər portalları vasitəsilə formalaşır. Belə bir məqamda Azərbaycanda fəaliyyət göstərən həmin portallar dövlət tərəfindən maliyyələşməlidir”.
Mətbuat Şurasının sədri bildirib ki, internet medianın dövlət tərəfindən maliyyələşməsi ona görə aparılmalıdır ki, reklam bazarının tam formalaşmadığı bir zamanda həmin xəbər portalları özlərinin müstəqilliyini saxlaya bilsinlər. “Həmin portalların maliyyə imkanları yoxdursa, bu və ya digər mənada özlərinin müstəqilliyini itirə bilərlər. Ayrı-ayrı şəxslər, məmurlar xəbər portalları ilə bağlı daha asan “əməkdaşlıq” edə bilər. Bütün bunlar da həmin şəxslər və məmurlarla bağlı baş verən olayların qeyri-dəqiq formada ölkə ictimaiyyətinə çatdırılmasını təmin etmiş olar.
Deputat deyib ki, parlamentin növbəti iclaslarının birində internet medianın dövlət tərəfindən maliyyələşməsi məsələsini qaldıracaq. “Hazırda internet medianın dövlət tərəfindən maliyyələşməsi istiqamətində müəyyən məsləhətləşmələr aparılır. Yəqin ki, bu sahədə yaranmış problem həllini tapacaq”.
Geri dön |