Ana Sayfa > Manşet / Karusel / İqtisadiyyat > Prezident bu quruma 30 milyon manat ayırdı

Prezident bu quruma 30 milyon manat ayırdı


17-12-2018, 20:17. Yazar: Admin

 

Prezident bu quruma 30 milyon manat ayırdı

Prezident İlham Əliyev elektrik enerjisi istehsalının artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi haqqında sərəncam imzalayıb.

“Qarabaginfo” xəbər verir ki, sərəncama əsasən “Şimal”, “Cənub”, “Sumqayıt” və “Mingəçevir” elektrik stansiyalarında təmir-bərpa işlərinin görülməsi və zəruri avadanlıqların tədarük edilməsi məqsədilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan prezidentinin ehtiyat fondundan “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə nizamnamə kapitalının artırılması üçün ilkin olaraq 30,0 (otuz) milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.


Geri dön