Ana Sayfa > Manşet / Karusel / Mədəniyyət > Rusiyanın Tretyakov Qalereyasında Tahir Salahovun sərgisi açılıb

Rusiyanın Tretyakov Qalereyasında Tahir Salahovun sərgisi açılıb


2-11-2021, 14:31. Yazar: Admin

Tahir Salahov

 

Bu gün Rusiyanın Dövlət Tretyakov Qalereyasının ikinci binasında (Yeni Tretyakovka) Xalq rəssamı Tahir Salahovun əsərlərindən ibarət sərgi açılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Tretyakov Qalereyası məlumat yayıb.

Sərgidə Xalq rəssamının 11 rəsm əsəri təqdim olunur. Ekspozisiya rəssamın erkən işlərindən sayılan “Qladioluslar” natürmortu ilə açılır.

T.Salahovun doğum gününə həsr olunmuş sərgi 22 yanvar 2022-ci ilədək davam edəcək.


Geri dön