Ana Sayfa > Manşet / Karusel / Gündəm > İmişlidə 11 yaşlı qızı zorlayan şəxs həbs edildi
İmişlidə 11 yaşlı qızı zorlayan şəxs həbs edildi2-11-2021, 11:17. Yazar: Admin |
İmişli rayonunda 11 yaşlı qızı zorlayan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Qarabaginfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, İmişli rayon sakini, 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) atalığı il 1978-ci il təvəllüdlü S.C (ad şərtidir) tərəfindən zorlanması faktı əsasında sonuncuya Cinayət Məcəlləsinin 149.3.3 (zorlama təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq davam edir. Geri dön |