Ana Sayfa > Manşet / Gündəm / Siyasət > İlham Əliyev ABŞ səfirliyində başsağlığı verdi  

İlham Əliyev ABŞ səfirliyində başsağlığı verdi  


5-12-2018, 11:59. Yazar: Admin
 
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 5-də Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyində olub.
"Qarabaginfo" xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının 41-ci Prezidenti, görkəmli dövlət xadimi Corc Herbert Uoker Buşun vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb.

Dövlət başçısı ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Viliam Gill ilə söhbət edib.

Prezident İlham Əliyev Corc Buşun görkəmli dövlət xadimi olduğunu deyib, onunla bağlı xatirələrini yada salıb.

 


Geri dön