Ana Sayfa > Manşet / Karusel / Gündəm > Azərbaycan və Türkiyə prezidentləri Zəngəzur dəhlizində yeni yolun təməlini qoyublar

Azərbaycan və Türkiyə prezidentləri Zəngəzur dəhlizində yeni yolun təməlini qoyublar


26-10-2021, 15:14. Yazar: Admin

 

Azərbaycan və Türkiyə prezidentləri Zəngəzur dəhlizində yeni yolun təməlini qoyublar

Oktyabrın 26-da Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur Dəhlizi) təməli qoyulub.

Qarabaginfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan əvvəlcə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış olublar.

Sonra dövlət başçıları Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməlini qoyublar.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlət başçılarına məlumat verib.


Geri dön