Ana Sayfa > Manşet / Gündəm > Gəncə İcra Hakimiyyəti: Dağıntılar altına qalanların hamısı artıq tapılıb - Son XƏBƏR

Gəncə İcra Hakimiyyəti: Dağıntılar altına qalanların hamısı artıq tapılıb - Son XƏBƏR


20-11-2018, 11:57. Yazar: Admin

“Bu gün səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında baş verən partlayışda dağıntılar altında qalanların hamısı artıq tapılıb. Uçqun altında qalmama ehtimalı olanlar daha yoxdur”.

 

 "Qarabaginfo" Modern.az-a istinadən bildirir ki, bu barədə Gəncə Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Həsən Məmmədov bildirib.

H.Məmmədov qeyd edib ki, dağıntılar altından meyiti çıxarılanların sayı 3-ə çatıb, 1 nəfər yaralı xəstəxanaya yerləşdirilib.

Tapılan meyitlər  1971-ci il təvəllüdlü Tağıyeva Nigar Tağı qızı və onun oğlu 1994-cü il təvəllüdlü Heydərov Hüseyn Oktay oğluna, eləcə də 1994-cü il təvəllüdlü Cumazadə Cuma Saleh oğluna məxsusdur. 

1997-ci il təvəllüdlü Məmmədli Orxan Oktay oğlu isə yaralı vəziyyətdə aşkarlanaraq xilas edilib.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, 3 girişdən ibarət binanın 1-ci girişindəki mənzillər dağılıb. İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib.


Geri dön