Ana Sayfa > Manşet / Karusel / Siyasət > 2907 - GÜNÜN FOTOSU

2907 - GÜNÜN FOTOSU


27-09-2021, 15:57. Yazar: Admin

 

2907 - GÜNÜN FOTOSU

 

Bu foto son bir ilimizin sözsüz ifadəsidi.

Bu foto bizim gerçəyimizdi.

Dünya XXI əsrdə onun ikili standartlarının arasından sıyrılıb öz həqiqətini özü təsdiqləmiş, heçə sayılan ədalətini əzmi və qanı ilə bərpa edən Xalq izlədi. Dünya generalı döyüşdə şəhid olan, yüz minlərlə insanı küçələrə çıxıb “Ali Baş Komandan, silah ver bizə” hayqıran xalq gördü.

Dünya xalqına güvənib, siyasi iradəsini göstərib döyüş əmri verən Ali Baş Komandan izlədi.

Generalımızı, zabitimizi, əsgərimizi şəhid verdik. Amansız düşmən beşikdəki körpəmizi, ağzı dualı anamızı evində, döyüş bölgəsindən çox uzaqda qanına qəltan elədi.

Dünya susdu, təcavüzkara deyil, bizə “dayan” dedilər. Siyasi və hərbi lider hər gün dəmir yumruğunu göstərdi. Azərbaycan gücü, sərvəti, siyasi təsiri özündən qat-qat böyük olanlara qarşı əzmi və ədalət ruhu ilə dayandı. Biz 2907 Vətən övladının şəhid olduğu tarix yazdıq.

Və biz QALİB GƏLDİK.

Biz dünyanın kor qoyduğu ədalətin gözünə işıq verdik.

Biz erməni faşizmi kimi bir bəladan dünyanı xilas etdik.

Biz torpağımıza qayıtdıq, yurdumuzu qurmağa başladıq.

Biz 50 milyonluq millətin Vətəni, Dövləti olaraq 50 milyona yaşamaq, mübarizə aparmaq, ayaqda qalmaq əzmi verdik.

Biz Millət olduğumuzu, Dövlət kimi gücümüzü göstərdik.

Biz-50 milyon bir Sərkərdənin əmri ilə düzləndik, tək yumruq olduq. Bir düşmənin başına yumruq kimi endik, digərləri mesajını aldı, dərsini çıxardı.

Və bu gün Zəfərə gedən yolun başladığı tarixdə biz 2907 nəfər daha artdıq. Bu gün Bakı küçələrində bizi Qarabağa aparan Sərkərdə də daxil olmaqla 2907 vətən övladı əbədiyyən diri qalacaq 2907 şəhidi başı üstündə daşıdı.

Bu fotoda bu Qələbənin bütün səbəbkarları var.

Döyüş əmri verib, döyüş aparan Sərkərdə, qanı ilə Qələbəni qazanan şəhidlərimiz və döyüşən əsgərlərimiz. Hamı bu fotodadı.

Və bu foto bizim gerçəyimizdi.

Bu foto Qələbənin şəklidi!

(Apa)


Geri dön