Türkdilli Dövlət Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv ölkələrin dövlət başçılarının növbəti sammitinin yeri və vaxtı məlum olub.
Qarabaqinfo.az-nın xəbərinə görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda Türk Şurası XİN başçılarının iclası çərçivəsində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib ki, dövlət başçılarının növbəti görüşü 12 noyabr tarixində baş tutacaq.
Nazirin sözlərinə görə, Türk Şurası liderlərinin görüşü İstanbul şəhərində keçiriləcək.
C. Bayramov xatırladıb ki, Türk Şurasına sədrlik Azərbaycandan Türkiyəyə keçəcək.