Ana Sayfa > Manşet / Karusel > Azərbaycan və Türkiyə qırıcıları İstanbul səmasında - FOTOLAR

Azərbaycan və Türkiyə qırıcıları İstanbul səmasında - FOTOLAR


21-09-2021, 11:27. Yazar: Admin

Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus qırıcı təyyarələr İstanbul boğazı üzərində salamlama uçuşları həyata keçiriblər.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup heyəti və aviasiya vasitələri “Texnofest-2021” festivalında iştirak edir.
Türkiyə Respublikasının İstanbul şəhərində başlayan festivalda Azərbaycan tərəfindən HHQ-nin 2 ədəd MiQ-29 qırıcı təyyarəsinin nümunəvi uçuşları planlaşdırılır. Festival sentyabrın 26-dək davam edəcək.


Geri dön