Ana Sayfa > Manşet / Karusel / Siyasət > Ərdoğan: "Yeni Türk Evimiz ABŞ-dakı vətəndaşlarımızın, türk soydaşlarımızın məkanı olacaq" - FOTO

Ərdoğan: "Yeni Türk Evimiz ABŞ-dakı vətəndaşlarımızın, türk soydaşlarımızın məkanı olacaq" - FOTO


20-09-2021, 22:26. Yazar: Admin

Ərdoğan: "Yeni Türk Evimiz ABŞ-dakı vətəndaşlarımızın, türk soydaşlarımızın məkanı olacaq" - FOTO

“Nyu-Yorktakı yeni Türk Evi binamız çoxtərəfliliyə, ədalətə və sülhə olan inancımızın bir simvoludur”.

Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ-da səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda 36 mərtəbəli Türk Evinin açılışında bildirib.

Türkiyə Prezidenti yeni binanın bu gün ərsəyə gəlməsində mərhum sabiq prezident Süleyman Dəmirəl başda olmaqla bir çox insanların xidməti olduğunu bildirib: “Keçmiş xarici işlər nazirimiz mərhum İhsan Sabri Çağlayangilin tərəfindən dövlətimizə qazandırılan torpaq sahəsi üzərində inşa edilib. 1977-2013-cü il arasında xidmət göstərən binamızı yeniləməyə qərar verdik və buna nail olduq. Bu binanın Nyu-Yorkda BMT-nin qarşısında inşa olunması xüsusi bir məna daşıyır. Türkiyə BMT-nin qurucu üzvlərindən biri olaraq beynəlxalq sülhün və təhlkəsizliyin təsisi üçün göstərilən cəhdlərə aktiv dəstək verir”.

R.T.Ərdoğan deyib ki, yeni Türk Evində Türkiyənin BMT-də daimi təmsilçiliyi, Nyu-Yorkdakı konsulluğu və Şimali Kipr Türk Cümhuriyyətinin daimi təmsilçiliyi fəaliyyət göstərəcək, bu məkan siyasi, iqtisadi və mədəni tədbirlərə ev sahibliyi edəcək: “Yeni Türk Evimiz ABŞ-da yaşayan vətəndaşlarımıza, soydaşlarımıza, qohum xalqlara və dost cəmiyyətlərə xidmət göstərəcək. Nyu-Yorkun nümunə binalarından biri olacaq Türk Evinin Türkiyə-ABŞ münasibətlərinə, BMT-yə üzv olan ölkələrə xidmət etməyə hazır olacağına inanıram”.

Türkiyə Prezidenti binanın Türkiyə Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərəcəyini deyib.

Qeyd edək ki, Türk Evinin açılışında BMT-nin Baş katibi Antonio Quterreş də iştirak edib.(Apa)


Geri dön