Ana Sayfa > Manşet / Karusel > Həkimlər sertifikasiya şəhadətnamələrini elektron qaydada əldə edə biləcəklər
Həkimlər sertifikasiya şəhadətnamələrini elektron qaydada əldə edə biləcəklər9-01-2017, 10:55. Yazar: Admin |
2016-cı ildə Bakıda evdə doğuşların sayı 2015-ci illə müqayisədə azalıb. Ötən il 68 hamilə qadın evdə uşaq dünyaya gətirib. 2015-ci ildə bu rəqəm 100 nəfər olub". "Report" xəbər verir ki, bunu Bakı Şəhər Təcili vəTəxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini İradə Əliyeva deyib. Onun sözlərinə görə, ümumi göstəricinin azalmasına səbəb qadınların düzgün maarifləndirilməsi olub: "Bəzən insanlar deyirlər ki, evdə doğuş zamanı heç bir problem yaranmaz. Ancaq evdə doğuşlar həm ananın, həm də uşağın sağlamlığı üçün təhlükə yarada bilər. Ola bilər ki, uşaq sağlam doğulsun, amma sonradan problem yarana bilər". İ.Əliyeva deyib ki, adətən, təcili tibbi yardıma doğuşdan sonra müraciət edirlər. Həmin şəxslərin xəstəxanaya yerləşdirilməsi 100 faiz həyata keçirilir. Baş həkimin müavini əlavə edib ki, təcili yardımda lazımi doğuş paketi var və həkimlərin hər biri doğuşu həyata keçirə bilir. Onun sözlərinə görə, əgər həkimin yanında doğuş baş verərsə, onu qəbul etməyə, körpənin göbəyini kəsməyə hər zaman hazır olurlar: "Həkim doğuşu tutub qəbul etdikdən sonra ana, uşaq və cift xəstəxanaya çatdırılır". Geri dön |