Ana Sayfa > Manşet / Gündəm > Azərbaycan Prezidenti Masallı Sənaye Məhəlləsinin açılışında iştirak edib

Azərbaycan Prezidenti Masallı Sənaye Məhəlləsinin açılışında iştirak edib


18-09-2018, 12:25. Yazar: Admin

 

 Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev sentyabrın 18-də Masallı Sənaye Məhəlləsinin açılışında iştirak edib.

"Qarabaginfo" "Report.az"a istinadən xəbər verir ki, iqtisadiyyat naziri Şahin Mustafayev Sənaye Məhəlləsində görülən işlər, həmçinin digər sənaye məhəllələri barədə dövlət başçısına məlumat verib.

Prezident İlham Əliyev Masallı Sənaye Məhəlləsinin rəmzi açılışını bildirən lenti kəsib.

Dövlət başçısı Masallı Sənaye Məhəlləsində istehsal korpusları və burada fəaliyyət göstərən müəssisələrlə tanış olub.

Sonra dövlət başçısı Masallı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.


Geri dön