Ana Sayfa > Manşet / Karusel / İqtisadiyyat > Azərbaycan banklarının xarici borcu 900 milyon dollar olub

Azərbaycan banklarının xarici borcu 900 milyon dollar olub


25-08-2018, 10:56. Yazar: Admin

 

Azərbaycan banklarının xarici borcu 900 milyon dollar olub

 

Ötən il ərzində kommersiya banklarının xarici borcu 71,8 faiz azalaraq, cəmi 900,0 milyon ABŞ dolları ekvivalentində olub. “Qafqazinfo” xəbər verir ki, bu barədə prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da qeyd edilib.

Öhdəliklər strukturunda bankların xarici borcunun payı cəmi 6,5 faiz olub. Banklar tərəfindən cəlb edilmiş depozitlərdə de-dollarlaşma meyilləri güclənib. Belə ki, 2017-ci ildə xarici valyutada əmanətlərin cəmi əmanətlərdə payı 80 faizdən 68 faizə enib.

De-dollarlaşma, həmçinin bankların kredit portfeli üzrə də qeydə alınıb. 2016-cı ildə xarici valyutada verilmiş kreditlər cəmi kreditlərin 48 faizini təşkil etdiyi halda, ötən il ərzində həmin göstərici 41 faizə enib. 

Hazırda qiymətli kağızlar bazarında, xüsusilə təkrar qiymətli kağızlar bazarında dövlət qiymətli kağızlarının aktivliyi artmaqdadır

 Dövlət qiymətli kağızlar bazarı üzrə əməliyyatların həcmi isə ötən il ərzində 7,3 dəfə artaraq 6,1 milyard manat təşkil eedib. Artım, əsasən, Azərbaycan Mərkəzi Bankının 5,2 milyard manat həcmində notları (86 faizi) hesabına mümkün olub.


Geri dön