Ana Sayfa > Manşet / Karusel / Siyasət > Prezident İlham Əliyev: "Şər qüvvələr bizim siyasətimizə, iradəmizə təsir edə bilmir"

Prezident İlham Əliyev: "Şər qüvvələr bizim siyasətimizə, iradəmizə təsir edə bilmir"


13-07-2018, 15:05. Yazar: Admin

 

 

Onların əlində terrordan başqa heç nə qalmayıb

"Gündən-günə bizim gücümüz artır, potensialımız güclənir. Bizim uğurlarımıza kölgə salmaq istəyən qüvvələr müxtəlif üsullardan istifadə edir. Bizə qarşı çirkin kampaniyalar aparılır. Yalan, qarayaxma, iftira üzərində qurulan kampaniyaların heç bir səmərəsi olmayacaq. Azərbaycan xalqı bu yalanlara, bu böhtanlara inanmır. Çünki Azərbaycan xalqı öz rəhbərliyinə inanır. Sonuncu prezident seçkiləri də bunu bir daha əyani şəkildə sübut etdi".

"Qarabaginfo" “Report.az”a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev respublikanın hüquq–mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda deyib.

"Bizə qarşı xarici mərkəzlərdən idarə olunan media qurumları vasitəsilə qaralama kampaniyaları aparılır. Bunun da səmərəsi olmayacaq. Xarici əlaqələrimiz genişlənir. Azərbaycan dünya miqyasında çox böyük hörmətə malikdir. Bu cəhdlər əbəsdir. Bizim siyasətimizə, iradəmizə şər qüvvələr təsir edə bilmir. Onların əlində terrordan başqa heç nə qalmayıb. Bu da keçməyəcək, necə ki, əvvəllər də keçməyib. Azərbaycan öz gücünü göstərir və bundan sonra da göstərəcək.

Cinayətkarların hamısı məsuliyyətə cəlb olunacaq və məhkəmə, xalq, ədalət qarşısında cavab verəcəklər. Bunu təmin etmək üçün kifayət qədər gücümüz var.

Cinayətkarların bir hissəsi artıq saxlanılıb. Operativ əməliyyat-axtarış tədbirləri davam etdiriləcək. Tam əminliklə deyə bilərəm ki, heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək. Azərbaycan xalqı tam əmin ola bilər ki, Azərbaycan bundan sonra inkişaf, tərəqqi yolu ilə gedəcək. Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edəcəyik", - dövlət başçısı əlavə edib.


Geri dön