Ana Sayfa > Manşet / Karusel / Gündəm > Mehriban Əliyeva növbəti medallar qazanan Azərbaycan paralimpiyaçılarını təbrik edib

Mehriban Əliyeva növbəti medallar qazanan Azərbaycan paralimpiyaçılarını təbrik edib


31-08-2021, 17:28. Yazar: Admin

 

Mehriban Əliyeva növbəti medallar qazanan Azərbaycan paralimpiyaçılarını təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Tokio-2020” Yay Paralimpiya Oyunlarında növbəti medallar qazanan idmançılarımızı təbrik edib.

Qarabaginfo.az-ın məlumatına görə, bununla bağlı Mehriban Əliyeva İnstagram hesabında paylaşım edib.

“Bu günədək olan nəticələrə əsasən, Azərbaycanın 10 qızıl, 1 gümüş və 4 bürünc medalı var! Bugünkü qaliblərimizi – daha bir qızıl medal qazanmış Raman Salehi, gümüş medal sahibi Lamiyə Vəliyevanı və bürünc mükafatçı Səid Nəcəfzadəni səmimi-qəlbdən təbrik edirəm! Milli yığmamıza yeni qələbələr və nailiyyətlər arzulayıram!”, - deyə Mehriban Əliyeva qeyd edib.


Geri dön