Ana Sayfa > Manşet / Karusel / Gündəm > DTX və DİN Şuşada birgə əməliyyat keçirib, silah-sursat aşkarlanıb
DTX və DİN Şuşada birgə əməliyyat keçirib, silah-sursat aşkarlanıb13-08-2021, 17:48. Yazar: Admin |
İşğaldan azad edilmiş ərazilərdə silah-sursatların, mina və digər partlayıcı vasitələrin aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan Qarabaginfo.az-a bildirilib ki, Şuşa Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin müvafiq qurumlarının əməkdaşlarının birgə keçirdikləri növbəti tədbirlər zamanı şəhər ərazisindən 1 pulemyot, 1 avtomat, 3 əl qumbarası, 1 qumbaraatan mərmisi, 691 ədəd 7.62 kalibrli patron və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Geri dön |