Azərbaycan prezidenti İlham Əliyev Ağsu rayonunun Muğanlı-İsmayıllı (7 km)-Xatman-Hacman-Kalva-Suraxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
"Qarabaginfo"nun məlumatına görə, iki min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Muğanlı–İsmayıllı (7 km)–Xatman–Hacman–Kalva–Suraxanı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb