Ana Sayfa > Manşet / Karusel > İlham Əliyev və Ərdoğan Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər

İlham Əliyev və Ərdoğan Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər


6-08-2021, 14:41. Yazar: Admin
İlham Əliyev və Ərdoğan Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 6-da telefon danışığı zamanı Ermənistan-Azərbaycan sərhədində Ermənistan tərəfindən törədilən təxribatlar barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məlumat verib.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət başçısı Azərbaycan Ordusunun Ermənistanın bu kimi təxribatlarına layiqli cavab verdiyini vurğulayıb.

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu bildirib.

Dövlət başçıları söhbət əsnasında postmünaqişə dövründə gedən regional proseslər barədə geniş fikir mübadiləsi aparıblar.


Geri dön