Ana Sayfa > Manşet / Karusel > Ərdoğan Azərbaycan Prezidentinə təşəkkür edib

Ərdoğan Azərbaycan Prezidentinə təşəkkür edib


6-08-2021, 14:29. Yazar: Admin

 

Ərdoğan Azərbaycan Prezidentinə təşəkkür edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınlarının ilk günlərindən Azərbaycanın yanğınların söndürülməsində Türkiyəyə göstərdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Türkiyə Prezidenti, Azərbaycandan olan yanğınsöndürənlərin yanğınsöndürmə əməliyyatlarında yüksək peşəkarlıq və sevgi ilə iştirak etdiyini vurğulayıb.

Qeyd edək ki, avqustun 6-da Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub.


Geri dön