Ana Sayfa > Manşet / Karusel / Gündəm > Eldəniz Səlimov bugünkü iclasda nə danışıb?
Eldəniz Səlimov bugünkü iclasda nə danışıb?2-08-2021, 16:00. Yazar: Admin |
Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisin İntizam komissiyasının iclası keçirilib. İclasda Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” təqdimatına baxılıb. Qarabaginfo.az-ın Modern.az-a istinadən məlumatına görə, polis əməkdaşını döyməkdə ittiham olunan deputat Eldəniz Səlimovun özü də iclasda iştirak edib. O, səhvini etiraf edərək, deputat həmkarlarından üzr istəyib. Belə bir hadisənin baş verməsinə görə, təəssüfləndiyini söyləyib. Müzakirələrdən sonra İntizam komissiyası deputat Eldəniz Səlimovun toxunulmazlığının ləğv olunması ilə bağlı təqdimatı qəbul edib. Məsələ baxılması üçün parlamentin plenar iclasına tövsiyə olunub. E. Səlimov daha əvvəl sosial şəbəkədə polis əməkdaşına xəsarət yetirməsinə görə üzr istəyib.
Geri dön |