Ana Sayfa > Manşet / Karusel / Siyasət > Prezident İlham Əliyev andiçmədən sonra Heydər Əliyevin məzarını ziyarət edib

Prezident İlham Əliyev andiçmədən sonra Heydər Əliyevin məzarını ziyarət edib


18-04-2018, 12:33. Yazar: Admin

 

prezident ilham eliyev andicmeden sonra heyder eliyevin mezarini ziyaret edib
 

Azərbaycan prezidenti İlham Əliyev andiçmə mərasimindən sonra ailə üzvləri ilə birlikdə Fəxri xiyabana gəlib müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad edib.

 

"Qarabaginfo" "Apa.az"a istinadən xəbər verir ki, dövlət başçısı H. Əliyevin məzarı önünə əklil qoyub, onun ruhu qarşısında baş əyib.

 

Sonra prezident İlham Əliyev və ailə üzvləri görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət etdilər və üzərinə gül dəstələri qoyublar.

 

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarının üstünə də gül dəstələri düzülüb


Geri dön