Ana Sayfa > Manşet / Siyasət > İlham Əliyev Sinqapurun yeni Prezidentini təbrik edib

İlham Əliyev Sinqapurun yeni Prezidentini təbrik edib


25-09-2017, 18:36. Yazar: Admin

Prezident İlham Əliyev Sinqapur Respublikasının Prezidenti xanım Həlimə Yaquba təbrik məktubu göndərib.

Qarabağinfo.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli xanım Prezident,

Sinqapur Respublikasının Prezidenti kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Sinqapur arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Sinqapur xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".


Geri dön