Ana Sayfa > Manşet / Karusel / Sosial > Prezident İlham Əliyev Bakıda Bona Dea Beynəlxalq Hospitalının açılışında iştirak edib

Prezident İlham Əliyev Bakıda Bona Dea Beynəlxalq Hospitalının açılışında iştirak edib


27-03-2018, 11:09. Yazar: Admin

 

prezident ilham eliyev bakida bona dea beynelxalq hospitalinin acilisinda istirak edib

Bu gün Bakının Nizami rayonu ərazisində Bona Dea Beynəlxalq Hospitalının açılışı olub.

 

"Qarabaginfo" xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

 

Azərbaycan Prezidenti hospitalın rəmzi açılışını bildirən lenti kəsib. Bona Dea Beynəlxalq Hospitalının baş icraçı direktoru Faiq Əliyev və baş həkim Musa Abbasov dövlət başçısına və birinci xanıma tibb müəssisəsi barədə məlumat verdilər. Bildirilib ki, hospital tibbi avadanlığına və texniki təchizatına görə dünyada bu sahədə ən müasir standartlara cavab verən az sayda müalicə ocaqlarından biridir.


Geri dön