Ana Sayfa > Manşet / Karusel / Siyasət > Pakistan Prezidenti: "Pakistan həmişə Azərbaycanın haqq işində onun yanında olub və bundan sonra da belə olacaq"

Pakistan Prezidenti: "Pakistan həmişə Azərbaycanın haqq işində onun yanında olub və bundan sonra da belə olacaq"


4-06-2021, 12:16. Yazar: Admin

 

#

 

“Dost və qardaş ölkələr olan Pakistanla Azərbaycanın münasibətləri strateji müttəfiqlik səviyyəsindədir”.

Qarabaginfo.az-ın məlumatına görə, bunu Pakistan Prezidenti Arif Alvi Milli Məclisin sədri Sahibə Qafarovanı qəbul edən zaman deyib.

Pakistan Prezidenti Azərbaycanın 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarını azad etməsi münasibətilə təbriklərini çatdırıb: "Pakistan Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti yürütməsinə görə bu ölkəni indiyədək tanımayıb. Qardaş ölkənin öz ərazi bütövlüyünü bərpa etməsi Pakistanda böyük sevinc hissi ilə qarşılanıb. Pakistan həmişə Azərbaycanın haqq işində onun yanında olub və bundan sonra da belə olacaq”.


Geri dön