Ana Sayfa > Manşet / Karusel / Gündəm / Siyasət > XİN: Ermənistanın Kəlbəcər istiqamətindəki təxribatı üçtərəfli bəyanatın pozulmasıdır

XİN: Ermənistanın Kəlbəcər istiqamətindəki təxribatı üçtərəfli bəyanatın pozulmasıdır


27-05-2021, 10:28. Yazar: Admin

 

XİN xarici işlər nazirlərinin Moskva görüşü barədə məlumat yayıb

"Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin sərhəd xəttinə yaxın Kəlbəcər istiqamətində təxribat törətməsi barədə məlumat yayıb. Bir qrup erməni hərbçi Azərbaycan ərazilərinə keçməyə cəhd göstərib".

Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter”də bildirib.

O qeyd edib ki, bu, növbəti təxribat xarakterli hərəkətdir.

“Eyni zamanda, bu, üçtərəfli bəyanatın Ermənistan tərəfindən pozulmasıdır!”, - deyə XİN rəsmisi vurğulayıb.


Geri dön