Ana Sayfa > Manşet / Karusel / Gündəm > Zaqatalada əsgər intihar edib
Zaqatalada əsgər intihar edib8-05-2021, 11:22. Yazar: Admin |
Dövlət Sərhəd Xidmətinin (DSX) Zaqatala Sərhəd Dəstəsinin müddətli hərbi qulluqçusu, 2003-cü il təvəllüdlü əsgər Quliyev İbrahim Şamil oğlu ona təhkim olunmuş silahdan atəş açaraq, intihar edib. Qarabaginfo.az xəbər verir ki, bu barədə “Report”a DSX-nin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, hadisə mayın 8-də baş verib. Dərhal DSX rəisinin göstərişi ilə müavini, Sərhəd Qoşunların komandanı, general-leytenant Araz Məmmədov hazırda həmin hərbi hissəyə ezam olunub. Hazırda hadisə yerində Hərbi Prokurorluğun əməkdaşları ilə birlikdə araşdırma aparılır. Geri dön |