Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Vladimir Putin son iki ildə İsrailin baş naziri ilə yeddinci dəfə görüşəcək
Ana Sayfa > Manşet / Karusel / Dünya > Vladimir Putin son iki ildə İsrailin baş naziri ilə yeddinci dəfə görüşəcək

Vladimir Putin son iki ildə İsrailin baş naziri ilə yeddinci dəfə görüşəcək


29-01-2018, 11:04. Yazar: Admin

 

Görüşdə Rusiya hərbçilərinin və İsrail TsAXAL-nın Suriyada fəaliyyətinin əlaqələndirilməsi, bölgədəki problemlər müzakirə olunacaq

Rusiya Pezidenti Vladimir Putin bu gün Moskvada İsrailin Baş naziri Binyamin Netaniyahu ilə görüşəcək.

"Qarabaginfo" “Report.az”a istinadən xəbər verir ki, bu, Rusiya Suriyada hərbi əməliyyatlara başlayandan, yəni 2015-ci ilin sentyabrından sonra V.Putinlə B.Netanyahu arasında baş tutan 7-cü görüş olacaq.

İsrail hökumətinin başçısını səfərdə Qüds məsələləri və ekologiya üzrə nazir, Hərbi-Siyasi Kabinetin üzvü Zeev Elkin və Hərbi Kəşfiyyatın (AMAN) rəisi Gertsi Qalevi müşaiyət edirlər.

Görüşdə Rusiya hərbçilərinin və İsrail TsAXAL-nın Suriyada fəaliyyətinin əlaqələndirilməsi, bölgədəki problemlər müzakirə olunacaq.

V.Putinlə B.Netanyahunun görüşdüyü gün Soçidə Suriyada böhranın tənzimlənməsi üzrə “Milli Dialoq Konqresi” keçiriləcək. 

Kremlin mətbuat xidməti həmin forumda Rusiya prezidentinin iştirak etməyəcəyini bildirib.


Geri dön