Ana Sayfa > Manşet / Karusel / Gündəm / İqtisadiyyat > Azərbaycanda günəş elektrik stansiyası tikiləcək

Azərbaycanda günəş elektrik stansiyası tikiləcək


2-04-2021, 12:14. Yazar: Admin

Azərbaycanda günəş elektrik stansiyası tikiləcək

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında sərəncam imzalayıb.

Qarabaginfo.az xəbər verir ki, sərəncama əsasən, Nazirlər Kabineti qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikintisi ilə əlaqədar “İnvestisiya müqaviləsi”nin, “Enerji alqı-satqı müqaviləsi”nin, “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi”nin, “Torpaq icarə müqaviləsi”nin, “Birbaşa razılaşma”ların və “Müstəqil mühəndis müqaviləsi”nin imzalanması ilə bağlı zəruri tədbirlər görməli, Azərbaycan Respublikasının Hökuməti adından imzalanmış müvafiq müqavilələri təsdiq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə bu Sərəncamın 1-ci bəndində göstərilən “İnvestisiya müqaviləsi”ndə və “Enerji alqı-satqı müqaviləsi”ndə nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi üçün zəruri tədbirlər görülməsini təmin etməli, aidiyyəti qurumlarla birlikdə pilot layihənin həyata keçirildiyi ərazilərdə zəruri xarici və daxili infrastrukturun təkmilləşdirilməsi, günəş elektrik stansiyasının bu Sərəncamın 1-ci bəndində göstərilən “Enerji alqı-satqı müqaviləsi”nə və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi”nə uyğun olaraq, nəzərdə tutulan vaxtda və parametrlərlə ötürücü şəbəkəyə qoşulması, eyni zamanda, layihənin vaxtlı-vaxtında yerinə yetirilməsini təmin etmək üçün tələb olunan digər inzibati və texniki məsələlərin icrası istiqamətində müvafiq tədbirlər görülməsini təmin etməli, Bakı şəhərinin və Abşeron rayonunun inzibati ərazilərində qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikiləcəyi ərazilər üzrə dövlət torpaqlarının icarəyə vermək hüququ ilə Azərbaycan Respublikası Energetika Nazirliyinin daimi istifadəsinə verilməsi üçün müvafiq tədbirlər görülməsini təmin etməli, Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.


Geri dön