Azərbaycan prezidenti İlham Əliyev Davosda Avripa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçovic ilə görüşüb.
"Qarabaginfo" "Apa.az"a istinadən xəbər verir ki, görüşdə “Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə bağlı görülən işlər barədə fikir mübadiləsi aparılıb, bu ilin fevralında Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin növbəti toplantısının keçiriləcəyi qeyd olunub.
Söhbət zamanı TANAP və TAP kəmərlərinin maliyyələşdirilməsi, TANAP qaz kəmərinin bu il ərzində istismara verilməsi, “Şahdəniz-2” yatağından ilk qazın hasil olunması ilə bağlı məsələlər müzakirə edilib.
*** 11.48
Azərbaycan prezidenti İlham Əliyev Davosda Avrop Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçovic ilə görüşüb.
APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.