Ana Sayfa > Manşet / Karusel / Gündəm > Azərbaycanda koronavirusun "Britaniya ştammı" aşkarlanıb - RƏSMİ

Azərbaycanda koronavirusun "Britaniya ştammı" aşkarlanıb - RƏSMİ


18-03-2021, 12:25. Yazar: Admin

 

Azərbaycanda koronavirusun "Britaniya ştammı" aşkarlanıb - RƏSMİ

Azərbaycana xaricdən daxil olan və ölkədə yaşayan şəxslərdən alınan nümunələrdə mütəmadi olaraq, “Sars Cov-2” genom analizləri edilərək şübhəli variantlar təqib olunur.

Bu barədə Qarabaginfo.az-a Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində “Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1,  B.1.1.7 (Britaniya variantı) aşkarlanıb.  

Qeyd edək ki, ölkəmizdə koronovirus əleyhinə istifadə olunan “Coronavac” vaksini yeni ştammlara qarşı da effektivdir.


Geri dön