Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Azad olunan ərazilərə keçmək istəyənlər saxlanıldı
Ana Sayfa > Manşet / Karusel / Gündəm > Azad olunan ərazilərə keçmək istəyənlər saxlanıldı

Azad olunan ərazilərə keçmək istəyənlər saxlanıldı


18-03-2021, 10:23. Yazar: Admin

Azad olunan ərazilərə keçmək istəyənlər saxlanıldı

Ağdam Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən işğaldan azad olunan, lakin minalardan tam təmizlənməmiş ərazilərə keçməyə cəhd göstərən şəxslər müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan Qarabaginfo.az-a verilən məlumata görə, Ağdam rayonunun işğaldan azad olunan ərazisinə nəzarət postlarından kənar yollarla daxil olmağa cəhd göstərən 3 nəfər saxlanılaraq RPŞ-yə gətiriliblər.

Araşdırmalarla onların Ağcabədi rayon sakinləri E.Quluzadə, N.Mamedov və E.Əliyev olmaları müəyyən edilib.

Adıçəkilən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.


Geri dön