Ana Sayfa > Manşet / Karusel / Gündəm > Türkiyə SQ Baş Qərargahı: Afrində 113 hədəfdən 108-i məhv edilib

Türkiyə SQ Baş Qərargahı: Afrində 113 hədəfdən 108-i məhv edilib


20-01-2018, 21:23. Yazar: Admin
  • turkiye sq bas qerargahi afrinde 113 hedefden 108 i mehv edilib

Türkiyə Silahlı Qüvvələri əməliyyat keçirdiyi Suriyanın Afrin bölgəsində nəzərdə tutulmuş 113 hədəfdən 108-ni vurub.  

 

"Qarabaginfo" xəbər verir ki, "Apa.az"ın xəbərinə görə, bu barədə Türkiyə SQ Baş Qərargahının məlumatında bildirilir.

 

“Saat 19.30-a olan məlumata görə, PYD-yə məxsus 113 hədəfdən 108-i məhv edilib. Ölən və yaralananların hamısı terror təşkilatların üzvüdür”, - deyə məlumatda bildirilir.  

 

Qeyd edək ki, Türkiyə ordusu bu gün Bakı vaxtı ilə saat 18.00-da  Suriyanın Afrin bölgəsində  terrorçulara qarşı "Zeytun budağı" əməliyyatına başlayıb. 


Geri dön