Ana Sayfa > Manşet / Karusel / Gündəm > Əfv Komissiyası sabah yenə müraciətlərə BAXACAQ

Əfv Komissiyası sabah yenə müraciətlərə BAXACAQ


12-03-2021, 11:43. Yazar: Admin

Martın 13-də Əfv Məsələləri Komissiyası növbəti iclasına toplaşacaq.

Bu barədə Qarabaginfo.az-a Komissiya üzvü Əliməmməd Nuriyev Nuriyev məlumat verib.

Ə.Nuriyevin sözlərinə görə, qarşıda daha 2 iclasın keçirilməsi gözlənilir:
 

“Müraciətlər müxtəlif səpkilidir və müxtəlif kateqoriyaları əhatə edir. Ümumilikdə təxminən 1000-dən çox müraciətə baxılması nəzərdə tutulur”.

Qeyd edək ki, Novruz bayramında Prezident İlham Əliyev tərəfindən növbəti humanist addımın davamı kimi əfv sərəncamının veriləcəyi gözlənilir.


Geri dön