Ana Sayfa > Manşet / Karusel / Gündəm / İdman > "Formula 1" üzrə Azərbaycan Qran-prisi tamaşaçısız keçiriləcək
"Formula 1" üzrə Azərbaycan Qran-prisi tamaşaçısız keçiriləcək2-03-2021, 11:54. Yazar: Admin |
Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-prisi azarkeşsiz keçiriləcək. Qarabaginfo.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ayan Nəcəf-Ağayeva bildirib. Onun sözlərinə.görə, belə bir qərar Azərbaycanın "Formula 1" şirkəti qarşısındakı öhdəliyi və ölkənin turizm potensialının pandemiya dövründən sonra da nümayiş etdirilməsi məqsədilə qəbul olunub. O deyib ki, martın sonlarına doğru yarış üçün baryerlər quraşdırılacaq, mayda isə tikinti yekunlaşacaq. "Yarış məkanı qırmızı, sarı və yaşıl zonalara bölünəcək. Azərbaycan Qran-prisi COVID-19 pandemiyası ilə əlaqədar müəyyən məhdudiyyətlər şəraitində təşkil olunacaq. Bu yarış izləyicisiz keçiriləcək". Xatırladaq ki, Azərbaycan Qran-prisi 4 - 6 iyunda gerçəkləşməlidir. Geri dön |