Ana Sayfa > Manşet / Karusel / Cəmiyyət > İsa Qəmbər xəstəxanadan evə buraxılıb

İsa Qəmbər xəstəxanadan evə buraxılıb


18-01-2018, 12:19. Yazar: Admin

 

isa qember xestexanadan eve buraxilib yenilenib

İsa Qəmbər bu gün xəstəxanadan evə buraxılıb.

 

"Qarabaginfo"nun Apa.az.a istinadən məlumatına görə, Mərkəzi Klinik Xəstəxananın kardioloqu, İsa Qəmbərin həkimi Firdovsi İbrahimov bildirib ki, İ. Qəmbərin səhhəti yaxşıdır, müalicəsini ev şəraitində davam etdirəcək.

 

Qeyd edək ki, Milli Strateji Düşüncə Mərkəzinin sədri, Musavat Partiyasının sabiq sədri İ. Qəmbər ötən həftə xəstəxanaya yerləşdirilib.

 

Onun ürəyinə bir neçə stent qoyulub.

 

 

***

 

10.04

 

İsa Qəmbər bu gün xəstəxanadan evə buraxılacaq.

 

Bu barədə APA-ya Mərkəzi Klinik Xəstəxananın kardioloqu, İsa Qəmbərin həkimi Firdovsi İbrahimov məlumat verib.

 

Həkim qeyd edib ki, İ. Qəmbərin səhhəti yaxşıdır, o müalicəsini ev şəraitində davam etdirəcək.

 

Qeyd edək ki, Milli Strateji Düşüncə Mərkəzinin sədri, Musavat Partiyasının sabiq sədri İ. Qəmbər ötən həftə xəstəxanaya yerləşdirilib. Onun ürəyinə bir neçə stent qoyulub.


Geri dön