Ana Sayfa > Manşet / Karusel / Gündəm > Prezident Samir Şərifova yeni vəzifə verdi

Prezident Samir Şərifova yeni vəzifə verdi


22-02-2021, 14:54. Yazar: Admin

Prezident İlham Əliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

 

Qarabaginfo.az xəbər verir ki, sərəncamla “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib.

 

Müşahidə Şurasının sədri

 

Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri

 

Müşahidə Şurasının üzvləri

 

Rəhman Hümmətov – Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

 

Mətin Eynullayev – Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini

 

Zaur Qurbanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini

 

Vüqar Məcidli – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri.


Geri dön