Ana Sayfa > Manşet / Karusel / Gündəm > Baş nazir Əli Əsədov Türkiyəyə gedir

Baş nazir Əli Əsədov Türkiyəyə gedir


17-02-2021, 14:39. Yazar: Admin

Fevralın 19-da Türkiyədə Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 9-cu iclası keçiriləcək.

 

Qarabaginfo.az-ın məlumatına görə, iclasda baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.

 

Səfər çərçivəsində Ə.Əsədov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

 

  

Komissiyanın iclası çərçivəsində Əli Əsədov və Türkiyənin vitse-prezidenti Fuat Oktay hər iki ölkədən 150 özəl sektor nümayəndəsinin qatılacağı Türkiyə-Azərbaycan İşgüzar Forumunun ümumi iclasında iştirak edəcəklər.

 

Türkiyə mətbuatının məlumatına əsasən, ölkələr arasında dövlət və özəl sektorda ümumilikdə 100 milyon dollardan çox ticarət sazişlərinin imzalanması gözlənilir.
Modern.az


Geri dön