Ana Sayfa > Kriminal > Bakıda "İŞİD"çilərə cəza istənildi
Bakıda "İŞİD"çilərə cəza istənildi20-09-2017, 10:42. Yazar: Admin |
Bu gün Bakı Ağır Cinayət Məhkəməsində "İŞİD" terror təşkilatına qoşulmaqda təqsirləndirilən Afiq Qəhrəmanov və Rəşadət Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Qarabağinfo.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Rahib Salmanovun icraatında olan prosesdə məhkəmə istintaqı yekunlaşıb. Dövlət ittihamçısı çıxış edərək A.Qəhrəmanovun 11 il, R.Qasımovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Qeyd edək ki, adıçəkilən şəxslər Suriyadan Azərbaycana qayıdarkən saxlanılıblar. Geri dön |