Ana Sayfa > Kriminal > Bakıda qadın həmcinsinin evinə basqın etdi
Bakıda qadın həmcinsinin evinə basqın etdi7-10-2022, 10:33. Yazar: Admin |
Bakıda quldurluq hadisəsi baş verib. DİN-in Mətbuat xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, Bakı şəhər sakini olan bir qadın polis bölməsinə müraciət edərək oktyabrın 6-da günorta saatlarında Binəqədi qəsəbəsindəki yaşadığı evin həyətində naməlum şəxsin olmasını, daha sonra evə daxil olaraq bıçaqla onun üzərinə gəlməsini və kömək çağırmaq üçün çölə qaçdıqda həmin şəxsin evdə olan 400 manat pulu və mobil telefonu talayıb aparmasını bildirib. Soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Röya Həsənova müəyyən olunaraq saxlanılıb. Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır. Geri dön |