Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Bakı-Qəbələ-Bakı marşrutu üzrə dəmir yolu ilə gündəlik səfər etmək mümkün olub
Ana Sayfa > Karusel / İqtisadiyyat / İnfrastruktur > Bakı-Qəbələ-Bakı marşrutu üzrə dəmir yolu ilə gündəlik səfər etmək mümkün olub

Bakı-Qəbələ-Bakı marşrutu üzrə dəmir yolu ilə gündəlik səfər etmək mümkün olub


Dünən, 21:34. Yazar: Admin

Bakı-Qəbələ-Bakı marşrutu üzrə dəmir yolu ilə gündəlik səfər etmək mümkün olub

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 17 fevral tarixindən etibarən Bakı-Qəbələ-Bakı marşrutu ilə gündəlik səfərlər üçün Ləki stansiyasından transferin də daxil edildiyi vahid biletin satışına başlayıb.

Bu barədə Qarabaginfo.az  ADY-yə istinadən xəbər verir.

Belə ki, bu marşrut üzrə ADY-nin saytından və ya “ADY Mobile” tətbiqindən bilet əldə edərkən transferli vahid bilet təklif olunacaq:

Bakı–Qazax–Bakı reysi ilə Ləki stansiyasına qədər hərəkət;

Ləki stansiyasından isə Gəncə–Qəbələ–Gəncə reysi ilə Qəbələ istiqamətində səfər.

Qeyd edək ki, Bakı-Qəbələ-Bakı marşrutu ilə həftəsonu səfərlər üçün həm də standart bilet seçimi etmək olar.


Geri dön