Ana Sayfa > Karusel / Cəmiyyət > Yanvarın 18-dən 5 şəhər və 12 rayonda SMS icazə sistemi ləğv olunur

Yanvarın 18-dən 5 şəhər və 12 rayonda SMS icazə sistemi ləğv olunur


16-01-2021, 11:21. Yazar: Admin

 

Yanvarın 18-dən 5 şəhər və 12 rayonda SMS icazə sistemi ləğv olunur

5 şəhər və 12 rayonda olduğu yeri SMS icazə və icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunur.

Qarabaginfo.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin müvafiq qərarında bildirilib. Qərara əsasən, 2021-ci il 18 yanvar saat 00:00-dan etibarən:

Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində yaşayış yerini və olduğu yeri “SMS” icazə, “icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunur.


Geri dön