Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər Azərbaycandan deportasiya edilib
Ana Sayfa > Karusel / Kriminal > Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər Azərbaycandan deportasiya edilib

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər Azərbaycandan deportasiya edilib


Dünən, 21:21. Yazar: Admin

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər Azərbaycandan deportasiya edilib

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər Azərbaycandan deportasiya edilib.

Bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı vətəndaşları ötən il avqustun 17-də Bakıda Şəhidlər xiyabanında nalayiq hərəkətlər edərək qeyri-etik videolar çəkməkdə ittiham olunublar.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanılıb və hər üç şəxs həbs olunublar.

Daha sonra Səbail Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum ediliblər.

Dünən Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirib, cəza iki ildən 6 aya endirilib. Onların həbs müddəti bu gün başa çatıb.


Geri dön