Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Slovakiya Macarıstandan sonra Ukraynaya dizel tədarükünü dayandırıb
Ana Sayfa > Karusel / İqtisadiyyat > Slovakiya Macarıstandan sonra Ukraynaya dizel tədarükünü dayandırıb

Slovakiya Macarıstandan sonra Ukraynaya dizel tədarükünü dayandırıb


Dünən, 21:08. Yazar: Admin

​​​​​​​Slovakiya Baş naziri Robert Fitso

 

Slovakiya Baş naziri Robert Fitso Ukraynaya dizel yanacağı ixracının dayandırılması barədə göstəriş verib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Slovakiya hökumətinin rəsmi saytı məlumat yayıb.

Buna "Drujba" kəməri ilə neft nəqlinin dayandırılması səbəb kimi göstərilib.

Eyni zamanda, Baş nazir təklif edib ki, ekspertlərdən ibarət qrup Ukraynanın Lvov bölgəsindəki "Drujba" kəmərinin zədələnmiş hissəsini yerində yoxlasın.

Fitso Ukraynanın indiyə qədər insidentlə bağlı heç bir məlumat vermədiyini və buna görə də səfirin Kiyevə vəziyyəti aydınlaşdırmaq üçün müraciət etdiyini açıqlayıb.

Qeyd edək ki, bu gün Macarıstan da Ukraynaya dizel tədarükünü dayandırıb.


Geri dön