Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > İcbari tibbi sığortada müştərək maliyyələşmə daha 1 il təxirə salınır
Ana Sayfa > Karusel / Səhiyyə > İcbari tibbi sığortada müştərək maliyyələşmə daha 1 il təxirə salınır

İcbari tibbi sığortada müştərək maliyyələşmə daha 1 il təxirə salınır


Dünən, 17:16. Yazar: Admin

 

İcbari tibbi sığorta çərçivəsində müştərək maliyyələşmə məbləği gələn il yanvarın 1-dən ödəniləcək.

Qarabaginfo.az-ın xəbərinə görə, bu, Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

İndiyə qədər qüvvədə olan qanuna əsasən, müştərək maliyyələşmə məbləği bu il yanvarın 1-dən ödənilməli idi.

Qeyd edək ki, müştərək maliyyələşmə məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən hissəsidir. Qanuna əsasən, ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə sığortaolunan müştərək maliyyələşmə məbləği ödəməlidir. Sığortaolunan icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödəməlidir.


Geri dön