Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Abdullah Öcalan müraciət yaydı, gələcək fəaliyyət istiqamətini açıqladı
Ana Sayfa > Karusel / Region > Abdullah Öcalan müraciət yaydı, gələcək fəaliyyət istiqamətini açıqladı

Abdullah Öcalan müraciət yaydı, gələcək fəaliyyət istiqamətini açıqladı


18-02-2026, 16:01. Yazar: Admin

 Abdullah Öcalan müraciət yaydı, gələcək fəaliyyət istiqamətini açıqladı

PKK terror təşkilatının lideri Abdullah Öcalan İmralı həbsxanasında keçirilən görüş zamanı silahlı mübarizənin dayandırıldığını və bundan sonra demokratik siyasətə üstünlük veriləcəyini açıqlayıb.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə DEM Partiya nümayəndələri – TBMM sədrinin müavini Pervin Buldan, millət vəkili Mithat Sancar və vəkil Faik Özgür Erol məlumat veriblər.

Partiyanın açıqlamasına görə, fevralın 16-da keçirilən və üç saat yarım davam edən görüşdə A.Öcalan zorakılıq və silahdan imtina edildiyini bildirib. O qeyd edib ki, bundan sonra əsas məqsəd demokratik siyasi fəaliyyətin gücləndirilməsi və cəmiyyət daxilində inteqrasiyanın təmin olunmasıdır.

“Silah yerə qoyulub, zorakılığa son verilib, müdhiş bir demokratik siyasət aparacağıq”, - A.Öcalan yazılı açıqlamasında bildirib.


Geri dön