Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Umerov: Cenevrədə üçtərəfli danışıqlarda irəliləyiş əldə olunub
Ana Sayfa > Karusel / Siyasət > Umerov: Cenevrədə üçtərəfli danışıqlarda irəliləyiş əldə olunub

Umerov: Cenevrədə üçtərəfli danışıqlarda irəliləyiş əldə olunub


Dünən, 15:09. Yazar: Admin

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov

 

Ukrayna, ABŞ və Rusiya arasında aparılan danışıqlarda irəliləyiş əldə olunub.

Qarabaginfo.az “Al Jazeera“yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov bildirib.

Onun sözlərinə görə, danışıqlarda müəyyən irəliləyiş əldə olunub. Lakin Umerov hazırkı mərhələdə təfərrüatları ictimaiyyətə açıqlaya bilməyəcəyini deyib.

“Növbəti addımda müzakirə edilmiş qərarları prezidentlərə təqdim etmək üçün lazımi konsensusa gəlmək lazım olacaq. Bizim işimiz bununla bağlı praktiki bazanı təmin etməkdir. Ukrayna məhsuldar mövqeyini saxlayır: məqsəd ədalətli və davamlı sülhə nail olmaqdır”, - Umerov qeyd edib.

Qeyd edək ki, dünən və bu gün Cenevrədə Ukrayna, ABŞ və Rusiya arasında danışıqlar keçirilib.


Geri dön