Ana Sayfa > Karusel / Dünya > KİV: İran uranın zənginləşdirilməsini dayandırmağa hazırdır

KİV: İran uranın zənginləşdirilməsini dayandırmağa hazırdır


18-02-2026, 08:48. Yazar: Admin

KİV: İran uranın zənginləşdirilməsini dayandırmağa hazırdır

İran hakimiyyəti uranın zənginləşdirilməsini dayandırmağa və ehtiyatlarının bir hissəsini ixrac etməyə hazır olduğunu bildirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Iran International” portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, İran rəsmiləri regional tərəfdaşlarla müzakirələrdə uranın zənginləşdirilməsini üç ilə qədər dayandırmaq barədə razılığa gələ biləcəklərini bildiriblər.

Bundan əlavə, Tehran ehtiyatlarının bir hissəsini Rusiya kimi üçüncü tərəfə ötürmək imkanını nəzərdən keçirir.


Geri dön